“Bu gündə qəlbimizi təsvirolunmaz ağrı və kədər doldurur. Xocalı faciəsi bəşəriyyət tarixinə ən faciəli səhifələrdən biri kimi həkk olunub”.
Bu fikirləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial şəbəkə hesabında yazıb.
“Kimsə XXI əsrdə Avropanın mərkəzində hadisələrin təkrarlana biləcəyini təsəvvür edə bilərdimi?
Rusiya Federasiyasının bu gün Ukraynaya qarşı etdikləri bir daha sübut edir ki, cəzasızlıq yeni cinayətlər törədir!”, – səfir əlavə edib.