• Şb. Noy 23rd, 2024

Vahid Hacıyev: “Qarabağa 2027-ci ilədək 40 mindən çox insanın köçürülməsi nəzərdə tutulur”

ByYenigun.news

Sen 29, 2023


Azərbaycanın “2022-26-cı illər Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə 40 mindən çox məcburi köçkünün şəhərlərə və qəsəbələrə köçürülməsi nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilan şəhərində keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

V.Hacıyevin sözlərinə görə, azad edilmiş ərazilərdə hazırda infrastruktur layihələri həyata keçirilir.

O əlavə edib ki, innovativ tikinti materiallarından istifadə olunmaqla Zəngilan rayonunun Ağalı kəndində 200 fərdi ekoloji ev tikilib:

“Ağıllı kənd innovativ texnologiyalar əsasında tikilib. Əhalinin kənddə yaşaması üçün əlverişli şərait yaradılıb. Tikilib istifadəyə verilən 134 evə 600-dən çox vətəndaş köçürülüb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir