Rusiya-Ermənistan münasibətləri tarixinin ən gərgin anlarını yaşayır.
Belə ki, Ermənistan Qərbə meyillənir, Rusiyanın əleyhinə bəyanatlarla çıxış edir.
Həmçinin Rusiyadan da Ermənistanla bağlı üstüörtülü olsa da, təhdidedici mesajlar verilir.
Bu səbəbdən Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyanın nə vaxt görüşəcəyi sual altında idi.
Nəhayət, bu görüş baş tutdu. Lakin görüşün böyük bir hissəsi qapalı keçirildi.
Maraqlıdır, bu, gözdən pərdə asmaq üçün növbəti adi görüşlərdən biri idi, yoxsa ciddi nəticələri olacaq?
Baku TV-nin departament rəhbəri Turan İbrahimov bu sualları “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyevə və “Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğluna ünvanlayıb.
Ətraflı videoda: