• Ç. Noy 27th, 2024

XİN-də Azərbaycan-Nepal əməkdaşlığı müzakirə olundu

ByYenigun.news

İyl 6, 2023


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclası çərçivəsində Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Narayan Prakaş Saud ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi təqdir olunub.

İki ölkə arasında siyasi məsləhətləşmələrin aparılmasının əhəmiyyəti, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində inkişaf etdirilməsinin vacibliyi, xüsusilə də turizm sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir