Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi Naxçıvan Muxtar Respublikasına gedib.
APA xəbər verir ki, səfər çərçivəsində səfir və qonaqlar Naxçıvan Günəş, “Arpaçay-1”, “Arpaçay-2” su elektrik stansiyaları, Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olub, rəsmi görüşlər keçiriblər. Eyni zamanda, Cunici sentyabrın 29-da Naxçıvan şəhərində Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransıda da iştirak edəcək.