Laçın rayonunun Zabux kəndinə köçürülmüş sakinlər buradakı həyat şəraiti, uyğunlaşma prosesi və gələcək planları barədə fikirlərini bölüşüblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2023-cü il avqustun 25-də Zabuxa ilk köç karvanı ilə gəlmiş kənd sakinləri buradakı şəraitdən və doğma kəndə dönüşdən məmnundurlar. Onlar Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, qüdrətli Azərbaycan Ordusuna, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdar olduqlarını bildiriblər.
Xatırladaq ki, Laçın rayonunun Zabux kəndinə ilkin mərhələdə 20 ailə köçürülüb. Yurd həsrəti bitən 88 kənd sakini bu torpağa yeni nəfəs gətirib.