• Şb. Noy 23rd, 2024

Zaxarova Bakı ilə İrəvan arasında problemlərin həlli yollarını açıqladı

ByYenigun.news

Mar 30, 2023


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması məsələlərində heç vaxt vasitəçi olmayan və heç bir praktiki nəticə əldə etməyənləri deyil, Bakı və İrəvanı eşitmək vacibdir.

Diplomat bunu News.ru portalının sualına cavab olaraq Ermənistandakı Aİ missiyasının rəhbəri Markus Ritterin məlum açıqlamalarını şərh edərkən bəyan edib.

“Tərəfləri eşitmək, dinləmək və iki ölkənin maraqlarına uyğun hərəkət etmək lazımdır. Biz başa düşürük ki, bəzən münasibətlərin həddindən artıq kəskinləşmə dövrləri olur. Amma tərəflər razılaşa bilərlər. Əsas odur ki, onlar üçün müvafiq baza yaradaq və bu qarşılıqlı anlaşmanı təşviq edək”, – Zaxarova bildirib.

Diplomatın fikrincə, Brüssel Ermənistanla Azərbaycan arasında etimad və yaxınlaşma yaratmaqda maraqlı deyil və “özlərinin düşünülmüş və vicdansız fəaliyyəti ilə” yalnız tərəflər arasında ziddiyyətləri alovlandırır.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında münasibətlərin yaxşılaşdırılmasının alternativsiz əsası Rusiyanın vasitəçiliyi ilə imzalanmış sənədlərdir.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistandakı Aİ missiyasının rəhbəri Markus Ritter “Deutsche Welle”yə  müsahibəsində bildirmişdi ki, Azərbaycan yazda Ermənistana hücum etməsə, bu, müşahidə missiyasının uğuru sayılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir