• Bz. Noy 24th, 2024

Ziyad Səmədzadə: “İstehsalda inhisar xoşagələn deyil, amma başa düşüləndir”

ByYenigun.news

Sen 28, 2023


Azərbaycanda istehsal sahəsində inhisarçılığın olması xoşagələn hal deyil, amma başa düşüləndir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında – Rəqabət Məcəlləsinin müzakirəsi zamanı deputat Ziyad Səmədzadə bildirib.

“Azərbaycan hələ ki, tam mənada öz iqtisadi potensialını işə sala bilməyib. Respublikada daxili bazar müəyyən mənada məhduddur. Belə olduqda, əlbəttə, hansısa şirkət bura sərmayə qoyub müəssisə yaradırsa, inhisarçı olur. Tutaq ki, o, bazara pul yatırır və 60% paya sahib olur. Bu zaman biz ona inhisarçı deyə bilmərik. Avropa ölkələri bu mərhələni artıq keçiblər. Biz Rəqabət Məcəlləsini qəbul etməklə yanaşı istehsalımızın rəqabətədavamlılığının artırılması istiqamətində tədbirlər görməliyik”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir