• Bz. Okt 13th, 2024

Bu gündən 18 yaşdan yuxarı şəxslər peyvənd olunacaq

ByYenigun.news

May 10, 2021

Bu gündən Azərbaycanda “COVID-19” əleyhinə vaksinasiyanın növbəti mərhələsinə start verilir.

“Yenigun.news”un məlumatına görə, 18 yaşdan yuxarı şəxslərin “COVID-19” əleyhinə vaksinasiyasına başlanılır.

Peyvənd olunmaq istəyən şəxslər könüllülük prinsipi əsasında “randevu.its.gov.az” saytında qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, randevu sistemi “Sinovac” vaksini üçün yaşı 40 və daha yuxarı, “Vaxzevria” vaksini üçün yaşı 60 və daha yuxarı olan, həmçinin son 6 ay ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya yanvarın 18-dən başlanılıb. Bu günə qədər əhalinin 10 faizi peyvənd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir