• C. Apr 26th, 2024

Bu gündən 40 yaşlılar peyvənd olunacaq

ByYenigun.news

Mar 22, 2021

Bu gündən etibarən Azərbaycanda 40 yaş üzərində olan vətəndaşlar vaksinasiyaya cəlb olunacaq.

Yenigun.news xəbər verir ki, bu yaş kateqoriyası üzrə vətəndaşlar koronavirus (“COVID-19”) əleyhinə peyvənd olunacaqlar.

Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-də Çin istehsalı olan “CoronaVAC” peyvəndi ilə başlanılıb. İlk mərhələdə tibb işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd edilib.

Fevralın 8-dən isə vaksinasiyanın ikinci mərhələsinə başlanılıb. Strategiyaya uyğun olaraq, ötən ayın 17-dən  50 yaş və daha yuxarı şəxslərin “COVID-19” xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilib.

Son statistikaya görə, hazırkı dövrədək ölkədə 482 664 nəfər koronavirus infeksiyasına qarşı peyvəndlənmə prosesində iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir