• Ca. Apr 25th, 2024

Bu gündən metro yenidən fəaliyyətə başlayır

ByYenigun.news

May 31, 2021

Bu gün saat 06:00-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa olunur.

“Yenigun.news” xəbər verir ki, bu barədə Operativ Qərargahın məlumatında deyilir.

Bildirilir ki, “Bakı Metropoliteni”nin fəaliyyəti əvvəlki qaydada – səhər saat 6-dan axşam saat 12:00-a qədər olacaq. Həftəsonları isə ictimai nəqliyyata qoyulan məhdudiyyət metroya da aiddir.

Sərnişinlər Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxmalı və sosial məsafə gözləməlidirlər.  Tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir