• C. Apr 26th, 2024

Laçında həlak olan hərbçilərə şəhid statusu veriləcək

ByYenigun.news

İyn 17, 2021

Dünən Laçın rayonunda qəzaya düşərək həlak olan Dövlət Sərhəd Xidməti hərbçilərinə şəhid statusu veriləcək.

DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, bu məsələdə qanuna uyğun olaraq addım atılacaq: “Qanunvericiliyə əsasən, yol qəzasında həlak olan hərbi qulluqçularımıza şəhid statusu veriləcək”.

Xatırladaq ki, hadisə hərbçilər sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında baş verib. “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb. Nəticədə avtomobildə olan hərbi qulluqçular – baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir