• Şb. Apr 20th, 2024

Pensiya alanlara şad xəbər: Bayramla əlaqədar…

ByYenigun.news

May 9, 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu may ayı üzrə pensiyaların ödənişini qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar vaxtından əvvəl başa çatdırıb.

Yenigun.news xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşıb.

Vətəndaşlar pensiyalarını onlara verilmiş kartlar vasitəsi ilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir