• Ca. Sen 29th, 2022

Sabah güclü külək olacaq – Xəbərdarlıq

ByYenigun.news

İyn 17, 2021

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

“Yenigun.news”un məlumatına görə, iyunun 18-dən 19-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, arabir 23 m/s, iyunun 18-i səhər yarımadanın bəzi yerlərində arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir. 

İyunun 18-də Azərbaycanın bəzi rayonlarında qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi, bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi  gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.