• C. Sen 30th, 2022

Toylara icazə verilməsi qərarı gözəllik və gəlinlik salonlarında canlanmaya səbəb oldu — VİDEO

ByYenigun.news

İyn 23, 2021

Uzun müddətdir ki, bağlı qalan toy zallarında nəhayət vağzalı sədaları eşidiləcək. Toylarla bağlı çıxan qərardan sonra artıq gözəllik və gəlinlik salonlarında canlanma başlayıb.

Gözəllik salonlarından bildirdilər ki, artıq qərar çıxar-çıxmaz salona gələn zənglər artıb.

Salonlardan bildirdilər ki, tələbin çox olması qiymətlərə təsir göstərməyəcək. Bəzək qiymətləri elə pandemiyadan əvvəlki  kimi qalacaq.

Gözəllik salonlarındakı  vəziyyət gəlinlik salonlarında da yaşanır. Artıq qərardan sonra fotosessiya üçün kirayələnən gəlinliklər toy üçün dəyişdirilib.

Gəlinliklərin qiyməti isə bəzəyinə, formasına görə dəyişir.

Gəlin maşınları sahəsində isə bu gün sakitlik olub. Amma avtomobil kirayə verənlər tezliklə sükutun pozulacağına əmindirlər. Avtomobillərin kirayə qiymətinə gəlincə isə, bu, avtomobilin markasına və həftənin günlərinə görə fərqli olur.

Gəlinlik və bəzək qiymətlərindən fərqli olaraq benzinin bahalaşması və bəzi avtomobil detallarının qiymətindəki artım toy maşınlarının kirayə qiymətinə öz təsirini göstərəcəyi istisna edilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.