• Ç. Apr 24th, 2024

Ağadadaş Ağayevin səhhəti ilə bağlı yeni xəbər — FOTO

ByYenigun.news

May 18, 2021

Bir müddət əvvəl ağır əməliyyat keçirən Xalq artisti Ağadadaş Ağayevdən xəbər var.

Yenigun.news xəbər verir ki, aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında sənətçi ilə bağlı paylaşım edib. O, İnstaqram hesabında A.Ağayevlə fotosunu payalaşaraq səhhətinin yaxşı olduğunu bildirib:

“Sizin dualarınız sayəsində Xalq artisti Ağadadaş Ağayev 5 saat davam edən əməliyyatdan sağ-salamat çıxdı.

Hazırda qardaşım yaxşıdır, özünü gümrah hiss edir. Dostumun sevinci mənim sevincimdir.

Tanrı səni qorusun, əziz dostum… Sən milyonların duasına layiq oğulsan”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir