Bu gün baş verənlərin nəticəsində isə Prezident Trampın şahidliyi ilə Ermənistanın Baş nazirinin şəxsən imzaladığı birgə bəyannamədə Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçidlə bağlı mövqeyimizi dəqiq əks etdirən müddəa var. Sənəddə bu, Ermənistanın suverenliynə hörmət prinsipi ilə qeyd olunub. Beləliklə, biz istəyirdik ki, Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz giriş əldə edək. Yeri gəlmişkən, bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imza atdığı öhdəlik idi, lakin beş il ərzində heç bir irəliləyiş olmamışdı. Ərazidə heç bir iş aparılmırdı. Bu illər ərzində biz dəmir yolunu az qala Ermənistan sərhədinə çatdırmışıq. Təxminən bir ildən az vaxt lazımdır, sürətlə işləsək, bəlkə də altı aya onu tamamilə Ermənistan sərhədinə çatdırarıq.
Eyni zamanda, biz Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpasına başlayırıq. Deməli, bizə bu 40 kilometrlik dəmir yolu lazımdır ki, Azərbaycanın iki hissəsini birləşdirə bilək. Bu, təkcə dəmir yolu ilə bitmir. Biz elektrik ötürücü xətləri, fiber-optik xətlər, potensial olaraq Azərbaycanın və Xəzərin digər tayından qonşularımızın enerji resurslarını daşıya biləcək enerji infrastrukturları haqqında düşünürük. Beləliklə, bu, hər şeydən əvvəl, Bayden administrasiyasının yetişdirdiyi bütün anti-Azərbaycan rəvayətlər və sərəncamında olan siyasi infrastruktura – media, QHT-lər, USAID və bəzi korrupsioner siyasətçilərə cavab idi. Bugünkü hadisə korrupsiyaya görə dəmir barmaqlıqlar arxasında olan Menendez kimiləri tamamilə sıradan çıxarır. Yaxud Adam Şiff. Mən gələndə öyrəndim ki, Merilend prokuroru Adam Şiffə qarşı ipoteka saxtakarlığına görə cinayət işi açıb. Bilirsiniz, bu adamlar mütəmadi olaraq Azərbaycana hücum edirdilər – Menendez, Şiff, Peloni, Pelosi, Şermann, Marki, Kristofer Smit və başqaları. Bütün bu insanlar Azərbaycana nifrət edirlər – bilmirəm niyə, yəqin ki, Ermənistan lobbisi buna görə onlara pul ödəyirdi. Onlar Azərbaycanın əleyhinə mütəmadi olaraq fəaliyyət göstərən bir qrup ciddi siyasətçi idi. Bu gün Azərbaycan ilə Ermənistan arasında imzalananlar bizim niyyətlərimizi açıq şəkildə nümayiş etdirir – göstərir ki, biz sülh istəyirik, amma biz əlaqələrin qurulmasını da istəyirik. Biz ölkəmizin iki hissəsi arasında təhlükəsiz keçidlə inteqrasiyanı istəyirik ki, bu da daha geniş region, Ermənistanın özü üçün də çoxlu imkanlar vəd edəcək.
Sədafər Hüseynov
Saatlı Rayon Ağsaqqllar Şurasının sədri