• Ca. May 21st, 2026

Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub

ByVuqar Ferzeliyev

May 21, 2026
 Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Qürurverici haldır ki, bu gün Azərbaycan Cənubi Qafqazda lider və dünyada söz sahibi olan müstəqil dövlətdir. Hazırda ölkəmizin hər yerində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyasnı yenidənqurma və bərpa - tikinti işləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Əvvəlki illərlə müqayisədə indi ölkəmizə gələn xarici turistlərin sayı da xeyli artıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu istiqamətdə əsaslı yeniliklərə imkan verəcək. Dövlətimizin başçısının bu Sərəncamı təkcə yeni tikililərin deyil, bütöv bir inkişaf fəlsəfəsinin təqdimatıdır. Ölkəmizdə əsrlərin yaddaşını yaşadan tarixi abidələrin qorunması ilə yanaşı, müasir şəhərsalma modeli də formalaşdırılır. Bu, eyni zamanda, çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması və bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların tətbiqində mühüm rol oynayacaq.
Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir. Müdrik şəxsiyyətin memarlıq və dizaynına şəxsən nəzarəti altında tikilmiş, bu gün də dövlət və beynəlxalq tədbirlərin məkanına çevrilmiş Gülüstan sarayı, beynəlxalq idman yarışlarının keçirilməsi üçün çox əlverişli hesab edilən Bakı İdman-Konsert Kompleksinin tikintisində milli üslubların qorunmasına, modern və ənənəvi elementlərin birləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Belə tikililər paytaxtımızın simasının əhəmiyyətli dərəcədə dəyişməsində mühüm rol oynayıb. Ulu Öndərin ölkəmizə ilk rəhbərliyi dövründə Azərbaycanın şəhərsalma sistemlərinin qorunması və müasirləşdirilməsi ilə bağlı vacib qərarlar qəbul edilmiş, çoxsaylı tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, şəhərsalma və memarlıq fəaliyyətinin davamlılığını təmin edən əsaslı tədbirlər həyata keçirilmişdir.
 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi isə təsadüfi qərar deyil. Bu addım 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” ilə başlanan ideoloji xəttin məntiqi davamıdır. Dövlət bu qərarla göstərir ki, suverenlik yalnız siyasi və hüquqi kateqoriya deyil, eyni zamanda, məkanın, şəhərin və yaşayış mühitinin milli iradəyə uyğun qurulmasıdır. Bu təşəbbüs şəhərsalma və memarlığı milli kimliyin qorunması, mədəni irsin yaşadılması və dayanıqlı gələcəyin təmin edilməsi kontekstində birləşdirir. Şəhər mühiti sadəcə yaşayış sahəsi olmaqla yanaşı, sosial ədalətin, ekoloji tarazlığın və ictimai rifahın reallaşdığı məkan kimi təqdim olunur.

İsmayılova Ramella
Saatlı şəhər Bülbül adına UMM-nin Direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir