• C. May 22nd, 2026

Dövlət müstəqilliyimiz şərəfimizdir

ByVuqar Ferzeliyev

May 22, 2026

  Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu önə çəkərək çağdaş Azərbaycanın məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirirdi. Ötən əsrin sonlarında müstəqilliyimizi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin artan təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyindəki səriştəsiz adaml yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Əslində müstəqilliyin elan olunmasından daha vacib olan müstəqilliyin qorunması idi. Xalqımızın bu çətin məqamında ölkəmizi düşmüş olduğu bəladan, vətəndaş müharibəsindən,  müstəqlliyimizin  məhv olmaq  təhlükəsindən  qurtarmaq üçün Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevi təkidlə yenidən  hakimiyyətə dəvət etdi.  Xalqını qəlbən sevən  Əbədiyaşar liderimiz Heydər Əliyev çətin məqamında xalqını  darda qoymadı, onu düşmüş olduğu bu bəladan qurtarmaq üçün  yenidən hakimiyyətə gəldi. Qarşıya çıxan bütün çətnlikləri  dəf edərək   “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi.

Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə aparılan təkmil islahatlar nəticəsində dünyanın ən islahatçı ölkəsi kimi nüfuz qazanıb. İqtisadi uğurlarımız bütün sahələrdə yüksək göstəricilərə, o cümlədən müstəqilliyimizin qarantı olan ordumuzun maddi-texniki bazasının möhkəmlənməsinə, döyüş ruhunun artmasına, bir sözlə, dünyanın ən güclü orduları sırasında qərarlaşmasına yol açdı. Dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu islahatların ölkəmizin qarşısında açdığı imkanlar hər bir Azərbaycan vətəndaşında böyük ruh yüksəkliyi yaradaraq həyata keçirilən siyasətə dəstəyin ifadəsi kimi ölkə Prezidentinin ətrafında sıx birləşdi. Məhz bu birlik, həmrəylik müstəqilliyimizin əbədiliyini, sarsılmazlığını təmin etdi. Ulu öndər Heydər Əliyev müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadığı çətinliklərdən xilasının, dayanıqlı inkişafının təmin olunmasının yollarını açıqlayarkən etdiyi çağırışlardan biri də bu oldu ki, ölkəmizin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidir.

                                                                            Günay İbrahimova,

                                                            Cəlilabad RİH-nin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir