• Ça. İyn 16th, 2026

Hakimiyyətə gələndən sonra AXC üzvləri dərhal bir-biri ilə mübarizəyə başlamışdılar

ByVuqar Ferzeliyev

İyn 16, 2026

    1992-ci ildə hakimiyyətə gələn Azərbaycan Xalq Cəbhəsi (AXC) ölkədə mövcud olan mürəkkəb siyasi, iqtisadi və hərbi vəziyyətdə dövlət idarəçiliyini öz üzərinə götürdü.  Lakin qısa müddət ərzində hakimiyyət daxilində fikir ayrılıqları və daxili çəkişmələr özünü göstərməyə başladı. Müxtəlif siyasi qruplar arasında yaranan ziddiyyətlər dövlət idarəçiliyində vahid mövqenin formalaşmasına mane olur, ölkədə sabitliyin təmin edilməsini çətinləşdirirdi.

     Daxili siyasi qarşıdurmalar fonunda ölkədə idarəetmə problemləri daha da dərinləşmiş, iqtisadi böhran və sosial çətinliklər artmışdı. Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etdiyi bir dövrdə siyasi qüvvələr arasında birlik və həmrəyliyin olmaması dövlətin qarşısında duran mühüm məsələlərin həllini mürəkkəbləşdirirdi.

     Məhz belə bir şəraitdə xalq ölkədə siyasi sabitliyin və dövlətçiliyin qorunması üçün təcrübəli liderə ehtiyac duyurdu. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə yaranmış gərginlik aradan qaldırılmış, ictimai-siyasi sabitlik təmin edilmiş və Azərbaycanın gələcək inkişafının əsasları qoyulmuşdur. Bu hadisələr müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində mühüm rol oynamışdır.

Şahnaz Əliyeva

Saatlı rayon Mərkəzi Kitabxananın əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir