Azərbaycanın müstəqillik tarixində Ümummilli Lider Heydər Əliyevin xüsusi yeri və rolu vardır. Onun rəhbərliyi dövründə ölkəmizdə siyasi sabitlik təmin edilmiş, dövlətçilik ənənələri möhkəmləndirilmiş, iqtisadi inkişafın və beynəlxalq əməkdaşlığın əsasları yaradılmışdır. Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın gələcək tərəqqisinin etibarlı təməlini formalaşdırmışdır.
Bu gün həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilmiş, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atılmış, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilmişdir. Bunun nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir.
Ulu Öndərin xarici siyasət strategiyasının davamı olaraq Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirmişdir. Ölkəmiz bir çox nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir, regional və qlobal layihələrin təşəbbüskarı kimi çıxış edir. Xüsusilə enerji və nəqliyyat sahələrində həyata keçirilən iri layihələr Azərbaycanın strateji əhəmiyyətini artırmışdır.
Heydər Əliyevin ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Prezident İlham Əliyevin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun şücaəti nəticəsində 2020-ci ildə Vətən müharibəsində tarixi Qələbə qazanılmış, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Bu zəfər Heydər Əliyev siyasi kursunun gücünü və uğurlu nəticələrini bir daha nümayiş etdirmişdir.
Eyni zamanda, ölkədə sosial rifahın yüksəldilməsi, təhsil, səhiyyə, mədəniyyət və gənclər siyasətinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı proqramları əhalinin həyat səviyyəsinin yaxşılaşmasına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verir.
Nəticə etibarilə, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs müasir Azərbaycanın inkişaf yolunun əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir, ölkəmiz daha da güclənir, beynəlxalq nüfuzu artır və xalqın rifahı yüksəlir. Bu kurs Azərbaycanın gələcək inkişafının və davamlı tərəqqisinin etibarlı təminatıdır.
Gülnarə Fərəcova
Saatlı rayon Mərkəzi Kitabxananın əməkdaşı
