• Şb. Noy 2nd, 2024

Bakı AVRO-2020-nin populyar şəhərləri arasında ikinci yerdədir

ByYenigun.news

İyn 10, 2021

11 iyunda başlayacaq Avropa Futbol Çempionatı ərəfəsində “TurStat” idman və turizm portalı, “Radisson Hotel Group” ilə birlikdə AVRO-2020-nin turistlər tərəfindən populyar olan şəhərlərinin reytinqini təqdim edib.

Yenigun.news xəbər verir ki, siyahıya əsasən AVRO-2020 turistləri üçün şəhərlər arasında ilk üçlüyə Sankt-Peterburq, Bakı və Budapeşt daxil olub.

Sankt-Peterburqda AVRO-2020-nin yeddi oyunu, Bakı və Budapeştin isə hər birində dörd görüş keçiriləcək. Rusiyalı turistlərin Azərbaycana və Macarıstana girişinə icazə verilir.

UEFA-nın tələbinə görə AVRO-2020-nin Sankt-Peterburq və Bakıda keçiriləcək oyunlarına stadion tutumunun 50%-nə qədər (31 min nəfərə qədər), Budapeştdə isə 100% (61 min nəfər) icazə verilir.

Qeyd edək ki, qitə birinciliyi 11 iyundan 11 iyul tarixinədək Avropanın 11 şəhərində keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir