• Ç. Apr 17th, 2024

Bu şəxslər Rusiyaya vizasız gələ biləcəklər

ByYenigun.news

May 21, 2021

Futbol üzrə Avropa çempionatına (AVRO-2020) ev sahibliyi edəcək şəhərlərdən biri olan Sankt-Peterburqa gələn əcnəbi azarkeşlərdən viza tələb olunmayacaq.

“Yenigun.news” xəbər verir ki, bu barədə Rusiyanın AVRO-2020 Təşkilat Komitəsinin tvitter hesabında məlumat yayılıb.

“Əcnəbi izləyicilər AVRO-2020 matçları üçün Rusiyaya vizasız gələ biləcəklər. Rusiya baş naziri Mixail Mişutsin bununla bağlı qərar imzalayıb.

Giriş üçün sadəcə oyun bileti, mənfi nəticəsi olan koronavirus testi və pasporta ehtiyac var”, məlumatda deyilir.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Oyunlar 11 ölkədə baş tutacaq.

Bakı Olimpiya Stadionu “A” qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də, dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir