• Şb. Okt 12th, 2024

“Qalatasaray”da prezident seçkiləri təxirə salındı

ByYenigun.news

May 6, 2021

Türkiyənin “Qalatasaray” klubunda növbəti dəfə növbədənkənar prezident seçkiləri təxirə salınıb.

“Yenigun.news” xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, buna koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən sərt karantin rejimi səbəb göstərilib. 

Qeyd edək ki, növbədənkənar prezident seçkiləri mayın 22-nə təyin olunmuşdu. Bundan öncə ötən ilin dekabrında da keçirilməli olan prezident seçkisi eyni səbəbdən təxirə salınmışdı.

Onu da əlavə edək ki, indiyədək Burak Elmas, Metin Öztürk və Eşref Hamamcıoğlu prezidentliyə namizədliyini açıqlayıb. Hazırkı prezident Mustafa Cengizin isə namizəd olub-olmayacağı bilinmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir