• C. Apr 26th, 2024

Qaret Beyl Bakıda ən yaxşı seçildi

ByYenigun.news

İyn 16, 2021

AÇ-2020-nin A qrupu çərçivəsində keçirilən Türkiyə – Uels matçının ən yaxşı futbolçusu müəyyənləşib.

“Yenigun.news” xəbər verir ki, Uels yığmasının yarımmüdafiəçisi Qaret Beyl bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu Bakı Olimpiya Stadionunda keçirilən bu matçda komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub. Belə ki, komandasının 2:0 hesabıyla qalib gəldiyi görüşdə hər iki qolun ötürməsini Beyl verib. Düzdür, təcrübəli futbolçu 61-ci dəqiqədə penaltidən dəqiq yararlana bilməyib.

Amma bu, onun matçın ulduzu seçilməsinə mane olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir