• Ç. Apr 24th, 2024

Müasir inkişafın aydın üfüqləri və hədəfləri

ByVuqar Ferzeliyev

May 7, 2022

Müasir inkişafın aydın üfüqləri və hədəfləri
Azərbaycan xalqı hazırda tarixi ədalətin bərqərar olduğu və xalqımızın qürur mənbəyinin gücləndiyi, xalqla iqtidar, lider arasında qırılmaz tellərin bağlandığı, millətin və dövlətin bir yumruq kimi birləşdiyi şərəfli bir dövrdə yaşayır.
Prezident İlham Əliyevin mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə bağlı çıxışında qeyd edilmişdir ki, Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları – hərbçilər istifadə edirdilər. Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir. Rəsmi İrəvan törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır. Dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək əzmindədir.

 Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturudur. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Bu hava limanının çox böyük funksiyaları olacaqdır. Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur.

  Biz iqtisadi rayonların sırasında yeni adları-Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarını müşahidə etdik. Bu, həm strateji, həm iqtisadi, həm də tarixi baxımdan kifayət qədər vacib qərardır. iqtisadi rayonlaşmanın yenilənməsi və yeni iqtisadi rayonların yaranması Vətən müharibəsində qazanılan Zəfərdən sonra formalaşmış obyektiv reallıqları özündə əks etdirir. İqtisadi rayonların yeni bölgüsü iqtisadi amillərlə yanaşı, siyasi əhəmiyyət də daşıyır.
  Zəngilan rayonunda böyük turizm potensialı vardır. Gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilanda yaradılacaq turizm potensialı ora qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq. Bu rayonun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. Otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq.

Mədət Nəzərov, Hamarqışlaq İƏDN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir