• C. Apr 19th, 2024

Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması yeni reallıqların nəticəsidir

ByVuqar Ferzeliyev

May 7, 2022
  Azərbaycan ötən ilin payızında 44 günlük Vətən müharibəsində erməni separatçıları üzərində tarixi qələbə qazanaraq işğal altında olan torpaqlarımızı düşməndən azad etdikdən sonra regionda, o cümlədən ölkəmizdə yeni hərbi, siyasi və iqtisadi reallıqlar yarandı və xüsusən sosial-iqtisadi sahədə həlli vacib məsələlər gündəmə gəldi. İlk növbədə işğaldan azad olunmuş ərazilərin  dirçəldilməsi üçün tədbirlər görmək lazım idi və bu səbəbdən Prezident İlham Əliyev bir sıra mühüm qərarlar qəbul etdi. Dövlət başçısının 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanını da həmin qərarların davamı kimi qəbul etmək olar.
  Mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə bağlı çıxışında bu cəhətdən mühüm müddəalar irəli sürülmüşdür.  Şərqi Zəngəzur iqtisadi rayonu da işğaldan azad olunmuş Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarını əhatə edir. Zəngilan ərazisinin beynəlxalq əhəmiyyəti var. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq. Biz bu torpaqlardan məqsədəuyğun şəkildə istifadə etməklə məcburi köçkünləri doğma yurdlarına qaytarıb qarşı tərəfi və onun havadarlarını həm də siyasi fakt qarşısında qoymalıyıq. İqtisadi rayonların yeni bölgüsü haqqında imzalanan fərman məhz bu məqsədlərə çatmaq üçün yaşıl işıq yandırır.

 Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması isə dünya səviyyəsində Azərbaycanın strateji rolunu birə beş artırır, belə ki, iki yeni iqtisadi rayonun dirçəldilməsində strateji hədəflərin olması, Zəngəzur dəhlizi vasitəsilə türkdilli dövlətlərin inteqrasiyasının sürətləndirilməsi, Qərblə Şərq, Şimalla Cənub arasındakı yükdaşımaların intensivliyinin artırılması, beynəlxalq ticarət əməliyyatlarının genişləndirilməsi, nəqliyyat və logistika sektorunun əhəmiyyətli səviyyədə inkişaf etdirilməsi sayəsində ölkəmizin rəqabət qabiliyyətinin, həm də siyasi və iqtisadi qüdrətinin dəfələrlə artmasına real potensial formalaşacaqdır.
  Beləliklə, yaxın dövrdə biz qürurla müstəqil Azərbaycanımızın yeni yaradılan iqtisadi rayonlarının güclü inkişafının şahidi olacağıq.

Rafiq Ağayev, YAP Cəlilabad RT aparat rəhbəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir