• Ca. Apr 25th, 2024

Zəngəzur dəhlizinin açılması region üçün
mühüm əhəmiyyət kəsb edir

ByVuqar Ferzeliyev

May 7, 2022
  Bu gün Azərbaycanımızın işğaldan azad edilmiş bütün rayonlarında, o cümlədən Zəngilan rayonunda irimiqyaslı quruculuq işləri görülür, böyük infrastruktur layihələri icra edilir. Əlbəttə ki, bu layihələrin arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu xüsusi önəm kəsb edir. Ölkə Prezidenti cənab İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki,
  Zəngilan rayonu işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda strateji əhəmiyyətinə görə seçilir. Çünki Zəngilanın strateji əhəmiyyətinin mühüm beynəlxalq ölçüsü var. Yəni onun strateji əhəmiyyəti beynəlxalq xarakter daşıyır. Belə ki, Zəngəzur həm İran, həm də Ermənistanla həmsərhəd olan rayondur. Eləcə də Zəngilan Zəngəzur dəhlizinin üzərində yerləşməklə Azərbaycan, İran və Ermənistan arasında mühüm beynəlxalq nəqliyyat-tranzit qovşağı olmağa iddialı və potensiallıdır. Zəngilan ərazisində inşa edilən Ağbənd dəmir yolu stansiyası məhz bu potensialın reallaşmasına xidmət edəcək.
  Yerləşdiyi coğrafi şəraitə görə Zəngilan rayonu beynəlxalq kommunikasiyaların qovşağına çevriləcək və malik olduğu təbii zənginlik Zəngilanı iqdisadi inkişaf sahəsində qabaqcıl rayonlardan biri səviyyəsinə yüksəldəcək. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyəti ilə seçilir. Çünki ümumi uzunluğu 124 kilometr olan bu yol Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanı onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Həmçinin strateji əhəmiyyətə malik avtomobil yolu ilə yanaşı inşası nəzərdə tutulan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti də əhəmiyyətli hadisədir. Bu dəmir yolu istər Azərbaycan, istərsə də region ölkələri üçün böyük strateji önəm daşıyır.
  Zəngəzur dəhlizinin açılması Azərbaycan dövlətinin həyata keçirəcəyi  ən  vacib məsələlərindəndir.  Həm ölkə ictimaiyyəti, həmdə  region ölkələri, eləcə də dünya dövlətləri bu məsələni  maraqla izləyir.   Dəhlizin açılması məsələsi  Azərbaycan, Rusiya və Ermənistan Prezidentlərinin 10 noyabr 2020-ci il tarixdə  imzalanmış bəyanatda öz əksini tapmışdır. Hazırda Azərbaycan tərəfindən bu istiqamətdə ciddi işlər aparılır. İnanırıq ki, möhtərəm Prezidentimizin qətiyyətli addımları sayəsində bütün məqsədlərə çatacağıq.

Vüqar Cavadov, Gİİ rəis müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir