• Şb. May 18th, 2024

“Avroviziya” qalibinin narkotik testinin nəticəsi açıqlandı

ByYenigun.news

May 24, 2021

“Avroviziya” mahnı müsabiqəsinin builki qalibi “Maneskin” qrupunun solisti David Damianonun narkotik testinin nəticəsi açıqlanıb.

“Yenigun.news” xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi məlumat yayıb.

“22 Mayda “Avroiviziya” mahnı yarışmasının finalında yaşıl otaqda Damianonun narkotik istifadəsinə dair şübhələrə əsasən, Avropa Yayım Birliyi, İtalya nümayəndə heyətinin istəyi ilə videoda görünən hər kəslə bağlı hərtərəfli bir yoxlama həyata keçirdi. Bu gün qrupun solisti də könüllü olaraq narkotik testindən keçdi və nəticə mənfi oldu. Yaşıl otaqda narkotikdən istifadə halı baş verməyib. Bu məsələni qapalı hesab edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir