Martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonunda yerləşən 4 saylı DOST mərkəzinin açılışı olub.
Yenigun.news xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlət başçısı mərkəzin binasında yaradılan şəraitlə tanış olub.