• C. Noy 22nd, 2024

VƏTƏNİN MÜDAFİƏÇİLƏRİNƏ SOSİAL QAYĞI
PREZİDENTİN VƏ DÖVLƏTİN DİQQƏT MƏRKƏZİNDƏDİR

ByVuqar Ferzeliyev

Fev 5, 2022


Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın bəşəri qələbəsi oldu. Bu qələbə həm də Azərbaycan gəncliyinin qüdrəti kimi tarixləşdi. Gənclərin fevralın 2-də keçirilmiş Forumunda göstərildiyi kimi,
Azərbaycanda gənclər siyasəti inamın, güvəncin siyasətidir. Müharibədə döyüşlər həm ordunun qüdrətinin, həm də döyüşçülərin döyüş əzminin, qələbə ruhunun göstəricisi olur. Əsgər qətiyyətlidirsə, ordu qətiyyətlidir, əsgər güclüdürsə, ordu güclüdür, əsgərin döyüş hazırlığı yüksəkdirsə, ordunun döyüş hazırlığı yüksəkdir. Bu, müharibələr tarixində təsdiqini tapmış tezislərdəndir. Müharibə tarixləşir, döyüşlər tarixləşir, tarixləşən döyüşlərin ayrı-ayrı məqamlarını (döyüşün gedişini) döyüşçülər yaşadır – təəssürat kimi, xatirə kimi. Vətən müharibəsinin iştirakçılarının indiki təəssüratları zaman anla-mında sabah xatirə olacaq.
Müharibələr itkisiz olmur. Şəhidlər də verdik, sağlamlığını itirən qazilərimiz də vardır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Dövlətimiz daim belə mərd insanların yanındadır. Əlilliyi olan şəxslər, o cümlədən Vətən müharibəsində iştirak etmiş gənclər dövlət tərəfindən qayğı ilə əhatə olunur. Son vaxtlar bu sahədə çox ciddi irəliləyiş var. Əlilliyi olan insanlar indi fəal işə cəlb olunur. Həm onların əl işləri nümayiş etdirilir, istedadı olan, incəsənətə meyilli olan gənclər artıq tamaşalar qoyur və bunun üçün gözəl şərait var. Köməyə ehtiyacı olana həmişə kömək göstərmək xalqımızın çox gözəl keyfiyyətidir. Dövlət, əlbəttə ki, öz üzərinə düşən vəzifəni icra etməlidir və əlilliyi olan bütün şəxslərə diqqət göstərməlidir və göstərəcək.
Şəhid ailələri və müharibə əlilləri üçün genişmiqyaslı proqram icra edilir. Bu günə qədər 10 mindən çox şəhid ailəsi və müharibə əlili evlərlə, mənzillərlə təmin edilib. Yeddi mindən çox minik avtomaşını dövlət tərəfindən paylanılıb. Təkcə keçən il 1600 Birinci və İkinci Qarabağ müharibələri əlili və şəhid ailələrinə mənzillər verilib – 850 Birinci, 750 İkinci Qarabağ müharibələri iştirakçılarına. Birinci Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri arasında elələri var, hələ mənzil almayıblar. Ona görə burada növbəlilik olmalıdır. Ancaq İkinci Qarabağ müharibəsində iştirak edənlər də yenə daim diqqət mərkəzindədir. Bu il bu kateqoriyadan olan minimum 1600 insana dövlət tərəfindən mənzillər veriləcək. Doxsana yaxın Vətən müharibəsi qəhrəmanımız var, haradasa, onların 95-97 faizinə mənzillər verilib.
Əlini, qolunu, ayağını itirmiş hərbçilərə protezlər quraşdırılır. Protezə ehtiyacı olan 200-ə qədər Vətən müharibəsi iştirakçısı var ki, onların 95 faizi artıq protezlərlə təmin edilib. Bu protezlər son texnologiyalı protezlərdir və normal həyata qayıtmaq üçün bütün imkanlar var. Dövlət imkan daxilində bu işləri görəcəkdir. Dövlətin imkanları genişlənir və bu məqsədlər üçün ayrılan dövlət büdcəsi də ildən-ilə artır. Buna isə sevinməmək olmur. Eşq olsun Azərbaycan gənclərinə!
Emil Şəmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir