Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Günəşli kəndində səyyar qəbul-görüşü keçirilib.
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.
Görüşdə vətəndaşlar Günəşli kənd 1 nömrəli tam orta məktəb binasının əsaslı təmir olunması, əkin sahələrinin suvarılmasında yaranmış su çatışmamazlığının aradan qaldırılması və digər məsələlər baradə müraciət etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov görüşdə qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.