• C. Noy 22nd, 2024

İlham Əliyev və Vladimir Putin Qarabağdakı vəziyyəti müzakirə etdilər

ByYenigun.news

Mar 31, 2022

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Rusiya lideri həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanla da telefon əlaqəsi saxlayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Liderlərin söhbətində Qarabağdakı vəziyyət müzakirə mövzusu olub.

“Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilərək regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün praktiki problemlərin həllinə diqqət yetirilib. 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl həyata keçirilməsinin vacibliyi bir daha təsdiqlənib”, – deyə məlumatda qeyd olunub.

Mənbə: RİA Novosti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir