• C. Noy 22nd, 2024

Düsen Kaseinov: “Şuşanı dünyaya tanıtmaq istəyirik”

ByYenigun.news

Mar 31, 2022

“Azərbaycana dahi sənətkarlar, mədəniyyət xadimləri bəxş etmiş Şuşa şəhərini dirçəltmək, buraya yeni nəfəs gətirmək çox zəruridir”.

Bunu “Report”a açıqlamasında TÜRKSOY Baş katibi Düsen Kaseinov bildirib.

“Şuşanı dirçəltmək istəyirik. Azərbaycana o qədər dahi sənətkar bəxş etmiş şəhəri dünyaya tanıtmaq istəyirik. Bu mübarək yurda yeni nəfəs gətirməliyik. Biz təşkilat olaraq bunun üçün əlimizdən gələni edəcəyik”, – deyə qurum rəhbəri vurğulayıb.

Xatırladaq ki, TÜRKSOY Daimi Şurasının bu gün Bursa şəhərində keçirilən növbədənkənar iclasında Türk Dünyası Mədəniyyət Paytaxtının 2023-cü ildə Şuşa şəhəri olacağı barədə qərar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir