Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, ATƏT-in fəaliyyətdə olan sədri qismində ölkəmizə rəsmi səfəri çərçivəsində Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər arasında təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib.
Nazirlər ikitərəfli gündəlikdə duran əsas məsələləri, beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi, xüsusilə də ATƏT ilə əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Ceyhun Bayramov Azərbaycan Polşa ilə əlaqələrə böyük əhəmiyyət verdiyini, və ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində münasibətlərin inkişaf etməkdə olduğunu vurğulayıb. Bu xüsusda, iki dövlət rəhbəri tərəfindən 2017-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə”yə istinad edilib. Nazir, cari ilin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunması ilə əlamətdar olduğunu bildirib və bu münasibətlə təbriklərini çatdırıb.
Zbiqnev Rau ikitərəfli siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edib və iqtisadi sahədə münasibətlərin daha da inkişaf etdirilməsi üçün imkanların olduğunu bildirib. O, Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə məmnunluqla istinad edib.
Ceyhun Bayramov Polşalı həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda, Azərbaycan tərəfindən atılan addımlar, bölgədəki son gərginliyin səbəbi və Ermənistan tərəfindən birgə bəyanatın müddəalarının pozulması, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidən qurma işləri ilə bağlı məlumat verib.
Tərəflər Azərbaycanın ATƏT ilə əməkdaşlığı, ATƏT-in post-münaqişə mərhələsində normallaşma prosesinə töhfəsi, habelə regional təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
12:22
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau arasında təkbətək görüş başa çatıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter” hesabında məlumat yayıb.
Bildirilib ki, Azərbaycan və Polşa xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş başlayıb.
11:57
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau arasında təkbətək görüş başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
?? xarici işlər naziri Ceyhun Bayramov və ?? xarici işlər naziri Zbiqnev Rau arasında təkbətək görüş başladı.
The tête-à-tête meeting between ?? FM @Bayramov_Jeyhun & ?? FM @RauZbigniew has just started. pic.twitter.com/SYvud3g6zk
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) March 31, 2022