Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə ediblər.
Oxu.Az-ın məlumatına əsasən, bunu Ceyhun Bayramov polşalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, danışıqlarda Azərbaycanla ATƏT-in beynəlxalq platformalarda əməkdaşlığı da müzakirə predmetləri sırasında olub.
Ceyhun Bayramov deyib ki, Azərbaycanla Polşanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir.
Aqşin Kərimov