• C. Noy 22nd, 2024

Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş yaxın zamanlarda tamamlanacaq – RƏSMİ

ByYenigun.news

Mar 31, 2022

“2022-ci ilin ikinci yarısında Azərbaycan-Polşa hökumətlərarası iqtisadi komissiyasının səkkizinci iclası keçiriləcək. Bu, ikitərəfli münasibət formatında dialoqun davam etdirilməsi üçün müsbət platformadır”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Ceyhun Bayramov ATƏT sədri, polşalı həmkarı Zbiqnev Rau ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir Azərbaycan-Avropa İttifaqı əlaqələrindən də danışıb.

“Azərbaycan-Avropa İttifaqı yeni ikitərəfli sazişi də qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq formatında işlənib-hazırlanır. Bu sazişin yaxın zamanlarda tamamlanacağı gözlənilir”, – deyə Ceyhun Bayramov əlavə edib.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir