Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla üçtərəfli görüş keçirmək istəyindən bəhs edib.
“Ermənistan xarici işlər naziri Antalya Diplomatiya Forumuna gəldi. Mən üçtərəfli görüş keçirmək istəyirdim, amma bu, Antalyada mümkün olmadı”, – deyə o, “A Haber” telekanalına müsahibəsində bildirib.