Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Ermənistan yaxınlaşması barədə danışarkən hər iki ölkə arasında qarşılıqlı rəsmi səfərlərin mümkünlüyünü deyib.
Bu barədə o, “A Haber” telekanalına müsahibəsində bildirib:
“Önəmli olan Azərbaycanın bunu dəstəkləməsidir. Bakıya son səfərimizdə cənab İlham Əliyev də tam şəkildə bizi dəstəklədiyini bildirdi. Bütün mərhələləri məsləhətləşirik. Bu, belə olmalıdır və keçmişdən dərs alınmalıdır. Azərbaycanla məsləhətləşmədən, xüsusilə radikal mövzularda addım atmamız mümkün deyil.
Azərbaycanla-Ermənistan arasında normallaşma müddətinin həyata keçirilməsi istiqamətində işləri davam etdirəcəyik”.