• Be. Noy 25th, 2024

“Sepah” bölgədə sabitliyi pozan addımlarına davam edəcəyini bəyan edib – FOTO

ByYenigun.news

Apr 1, 2022

“Sepah” rəsmən bölgədə sabitliyi pozan addımlarına davam edəcəyini bəyan edib.

Təşkilat yaydığı bəyanatda dolayısı ilə atom danışıqlarında bu hərbi qurumlarla bağlı aparılan müzakirələrə münasibət bildirib.

“Azad İran” Telegram kanalı xəbər verir ki, “Sepah” raket proqramı və məntəqədə terror təşkilatlarına dəstək verməklə sabitliyi pozmağı hədəfləyən addımlarını dayandırmayacaqlarını bəyan edib və bunu “İranın qırmızı xətti” adlandırıb.

Amerika əleyhinə sərt sözlər işlədən “Sepah” sonda “düşmənlər”i də “təhdid edib” və hər hansı bir bölgədə onlar tərəfindən İrana qarşı “səhvə yol verilərsə”, buna cavab verəcəklərini iddia edib.

Qeyd edək ki, Trampın prezidentliyi dövründə “Sepah” Amerika tərəfindən terror təşkilatları siyahısına əlavə edilib. İran hər vəchlə atom danışıqlarında bu hərbi qurumu həmin siyahıdan çıxarmağa çalışır. Lakin bölgə ölkələrinin əksəriyyəti “Sepah”ın siyahıdan çıxarılmasına qarşı olduqlarını bildirirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir