Müharibə veteranlarına verilən müavinətin artırılması təklif edilib.
Oxu.Az-ın məlumatın əsasən, bu barədə Milli Məclisin iclasında deputat Fəzail Ağamalı danışıb.
“Söhbət həqiqi veteranlardan gedir, daha bir gün cəbhəyə ezam olunanlardan yox”, – deyə o əlavə edib.
Millət vəkili qeyd edib ki, müharibə veteranlarına verilən müavinətin məbləği minimum istehlak səbətinə (202 manat) uyğunlaşdırılmalıdır.
Bildirək ki, hazırda müharibə veteranlarına verilən aylıq müavinətin məbləği 80 manatdır.
Aqşin Kərimov