• Şb. Noy 23rd, 2024

Türkiyə qonşu ölkələrdəki vəziyyəti diqqətlə izləyir — Hulusi Akar

ByYenigun.news

Apr 4, 2021

Türkiyə regionda və beynəlxalq arenada sülhə və sabitliyə əhəmiyyətli töhfə verib və verməyə davam edir.

Yenigun.news
-un məlumatına görə, bunu İraq və Suriya ilə sərhəddə, həmçinin antiterror əməliyyatları zonalarında yerləşdirilmiş bölmələrin komandanlarına videomüraciətində Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Ankaranın sülhməramlı səyləri həm ikitərəfli münasibətlərdə, həm də BMT, NATO və ATƏT də daxil olmaqla müxtəlif missiyalar çərçivəsində aydın görünür.

H.Akar bildirib ki, Türkiyə qonşu ölkələrdəki vəziyyəti diqqətlə izləyir.

Nazir Türkiyə ordusunun müxtəlif terror qruplaşmalarının üzvlərinə qarşı uğurlu əməliyyatlarından da danışıb: “Türk ordusu terrorçuları hər yerdə təqib edir. Onlar narahatdır və qorxurlar. Bölgədəki antiterror əməliyyatlarının sayı durmadan artacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir