“Azərbaycan Milli Məclisi İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına sədrliyi dövründə üzv ölkələrin parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini davam etdirəcək”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının iclasında deyib.
O bildirib ki, İƏT PA-ya üzv olan bütün ölkələr təşkilatın Nizamnaməsini ratifikasiya etməlidir.
“Biz çağırış edirik ki, İƏT PA-ya üzv ölkələrin hamısı qurumun Nizamnaməsini ratifikasiya etsin”, – deyə o əlavə edib.
Qeyd edək ki, İƏT PA-ya sədrlik Pakistandan Azərbaycana keçib.
Aqşin Kərimov