İtaliyanın Ankaradakı səfiri Massimo Qaiani bu ölkənin Baş naziri Mario Draqhinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı işlətdiyi ifadələrə görə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
“Yenigun.news” xəbər verir ki, sözügedən ifadələrə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da sosial media hesabında sərt reaksiya göstərib.
“Təyin edilmiş İtaliya baş naziri Draqhinin qəbuledilməz populist çıxışını və seçki ilə vəzifəyə gəlmiş prezidentimiz haqqındakı çirkin və həddinibilməz ifadələrini qınayırıq və özünə qaytarırıq”, – xarici siyasət idarəsinin rəhbəri qeyd edib.