• Be. Noy 25th, 2024

Rusiya XİN Əli Əsədovun addımını yüksək qiymətləndirdi

ByYenigun.news

Avq 31, 2022

Azərbaycan və Avrasiya İqtisadi İttifaqı arasında dialoqun inkişafı bütün region üçün əhəmiyyətli təsirə malik ola bilər.

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Biz öz növbəmizdə Azərbaycanın Baş nazirinin Hökumətlərarası Şuranın son iclasında iştirakını müsbət qiymətləndiririk. Rəsmi Bakı ilə Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlıq potensialı çox yüksəkdir. Bu, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə fayda verəcək”, – deyə XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, 25-26 avqust tarixində Azərbaycanın Baş naziri Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının Qırğızıstanda keçirilən iclasında iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir