• Ça. Dek 23rd, 2025

Ermənistan MN: “Sərhəddəki vəziyyət son dərəcə ağır olaraq qalır”

Byadmin

Sen 13, 2022

Ermənistan Müdafiə Nazirliyi növbəti açıqlamasını yayıb.

Qurumdan bildirilib ki, Ermənistan-Azərbaycan sərhədində saat 04:00-a olan məlumata görə, vəziyyət son dərəcə ağır olaraq qalır.

Qeyd edilir ki, Azərbaycan ordusu artilleriyadan, qumbaraatanlardan, iriçaplı silahlardan və PUA-lardan istifadə edir.

Həmçinin, vurğulanıb ki, Azərbaycan ordusunun bölmələri sərhədin bəzi hissələrində mövqelərini irəli çəkmək üçün müəyyən işlər görüb.

Mənbə: Sputnik