• Ca. Noy 28th, 2024

Azərbaycanın Fransadakı səfirliyi erməni fanatiklərin hücumları ilə bağlı bəyanat yaydı

ByYenigun.news

Sen 20, 2022

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə yaşayan erməni fanatiklər tərəfindən Parisdəki səfirliyin binasına edilən hücumdan sonra Fransanın səlahiyyətli orqanlarından müvafiq tədbirlər görməyi tələb edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib:

“Biz Fransanın səlahiyyətli orqanlarından tələb edirik:

1. 2022-ci il sentyabrın 18-də erməni radikal qruplarının hücumu ilə bağlı hərtərəfli araşdırma aparılsın;

2. Ona hüquqi qiymət verilsin;

3. Bu hücumun vurduğu ziyan aradan qaldırılsın;

4. Qarşılıqlılıq prinsipi çərçivəsində Azərbaycan Respublikasının Parisdəki səfirliyi və mədəniyyət xidməti binası qarşısında 24/7 polisin olması təmin edilsin, çünki onlar bu cür əməllərin daimi təhlükəsi altındadırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir