“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Fərmana əsasən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.
Daxili İşlər Nazirliyi də bu Fərmanda nəzərdə tutulan informasiya sisteminin formalaşdırılması, aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görməlidir.
Daxili İşlər Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi”nin təhlükəsizliyinin təmin edilməsi üçün birgə zəruri tədbirlər görməlidirlər.
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi”nin fəaliyyətində iştirak edən dövlət orqanlarının (qurumlarının) Siyahısını təqdim edirik.