• Ç. Noy 27th, 2024

Erməni miflərinə son qoyan 27 sentyabr

ByVuqar Ferzeliyev

Sen 24, 2022

      Anım Günü kimi qeyd etdiyimiz 27 sentyabr bizə çox şey verdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və  Azərbaycan Ordusunun dəyanəti ilə şanlı Qələbə qazandıq. Respublikamız  BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra edərək, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi.

        Ermənistan Azərbaycan torpaqlarını işğal edən, bir milyondan çox azərbaycanlını doğma torpaqlarından didərgin salan, 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirən, minlərlə sakinimizi məhv edən əli qanlı cəlladdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür.

      Ərazilərimizdə işğalçılar tərəfindən törədilmiş əməllərin tək bir adı var – vəhşilik. Mənfur düşmən Azərbaycanın yaşayış məntəqələrini dağıtmışdır. İşğal dövründə gəlib bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi məhv ediblər. Törətdiyi bütün cinayətlərə görə düşmən beynəlxalq müstəvidə cavab verməlidir. Vandallar işğal dövründə bütün binaları sökmüş və talamışlar. Bütün dünya bu erməni vəhşiliyi haqqında müntəzəm olaraq məlumatlandırılmalıdır.

       Rəsmi İrəvan erməni xalqına qarşı da cinayətlər törədib – əgər Ermənistan Azərbaycan torpaqlarından vaxtında öz xoşu ilə çıxsaydı, onlar bu qədər böyük faciə yaşamazdılar. Müharibədən əvvəl Prezident İlham Əliyev dəfələrlə demişdi ki, əgər Ermənistan rəhbərliyi öz xoşu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət edərək torpaqlarımızdan çıxarsa, müharibə təbii ki, istisna ediləcəkdir. Ancaq ermənilər bunu etmədilər.

       Ermənistanın inkişafı üçün yeganə yol öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkməkdir. Düşmənçilik Ermənistana çox baha başa gəldi. Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Ermənistan unutmamalıdır ki, “Dəmir yumruq” bu gün də əzilən başının üzərində hazır dayanıb.

Arif Abdullayev,

Vətən müharibəsi qəhrəmanı Rəşad Abdullayevin atası,

Cəlilabad rayonu, Göytəpə şəhəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir