• Ça. Noy 26th, 2024

Fuad Muradov xarici ölkələrdə yerləşən səfirliklərə hücumla əlaqədar sualları cavablandırıb

ByYenigun.news

Sen 27, 2022

“Bu gün diaspor necə lazımdır fəaliyyət göstərir. Bu o demək deyil ki, ölkədən xaricdə azərbaycanlılarla ermənilər bir-birilərinə hücum etməlidirlər”. 

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi Fuad Muradov deyib. 

O, jurnalistlərə açıqlamasında xarici ölkələrdə yerləşən səfirliklərə hücumla əlaqədar sualları cavablandırıb: 

“Bu gün hər bir dövlətin borcudur ki, səfirlikləri qorusun. Bizim İngiltərədə diasporumuz həm Ermənistan, həm də öz səfirliyimizin qarşısında dinc aksiyalar keçirib. Eyni zamanda bilirsiniz ki, Fransada ermənilərin qeyri-qanuni aksiyaları olub. Aidiyyəti üzrə bu cür qeyri-qanuni hallara zəruri münasibət göstərilib. Son 3 həftə ərzində 40-dan çox müxtəlif aksiya və yürüşlər keçirmişik. Əgər yerli dövlət qurumlarından müvafiq icazələr alınırsa, aksiyalar keçirilə bilər. Eyni zamanda Almaniya, Çexiyada, Türkiyə, Polşada bizim diasporumuz çox çevik işlər görür. Biz artıq qalib ölkəyik və özümüzü qalib ölkə kimi aparırıq”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir